Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti hesabat-seçki yığıncağı keçirildi

22 noyabr 2019 | 11:00
21 noyabr 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti hesabat-seçki yığıncağı keçirildi.
Yığıncaqda Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, Şuranın sədri Aslan Mehdiyev və şura üzvləri iştirak etdilər.
Tədbiri açılış nitqi ilə başlayan Şuranın sabiq sədri Aslan Mehdiyev gündəlikdəki məsələləri elan etdikdən sonra hesabat nitqi ilə çıxış edərək, ötən 2 il ərzində görülmüş işlər barəsində məlumat verdi.
Daha sonra çıxış ətrafında müzakirələr aparıldı. Müzakirələr zamanı İctimai Şuraların regional forumlarının və ümumilikdə Respublika forumunun keçirilməsi təklif edildi. Müzakirələrdən sonra hesabat səsə qoyuldu və qəbul olundu. Səsvermədən sonra Şuranın yeni sədrinin, sədr müavininin və katibinin seçilməsi səsə qoyuldu. Beləliklə, növbəti 2 illik müddət üçün Aslan Mehdiyev Şuranın sədri, Həmid Mehdiyev sədr müavini, Fuad Hüseynzadə katib seçildilər.
Sonda çıxış edən müdir müavini Ş.Gülverdiyev İctimai Şuranın və ümumilikdə ictimai iştirakçılığın vacibliyi barədə nitq söylədi. O qeyd etdi ki, ölkə başçısı cənab İlham Əliyev, xüsusilə, son çıxışlarında ictimai nəzarət, iştirakçılıq haqqında geniş fikirlər söyləmiş, onun mühümlüyünü vurğulamışdır. Bu səbəbdən İctimai nəzarət institutları daha da təkmilləşməli və daha güclü fəaliyyətdə olmalıdırlar.
 
 
 
 
 
Keçidlər