Görkəmli Azərbaycan bəstəkarı F.Əmirovun anadan olmasının 97-ci il dönümünə həsr olunmuş şagirdlərin IV elmi-ifaçılıq konfransı keçirildi
22 noyabr 2019 | 11:00
21 noyabr 2019-cu il tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdindəki Fikrət Əmirov adına 6 nömrəli onbirillik İncəsənət məktəbində görkəmli Azərbaycan bəstəkarı F.Əmirovun anadan olmasının 97-ci il dönümünə həsr olunmuş şagirdlərin IV elmi-ifaçılıq konfransı keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, Fikrət Əmirov adına 6 nömrəli onbirillik İncəsənət məktəbinin direktoru Adilə Yusifova və məktəbin kollektivi iştirak etdi.
Artıq 4-cü dəfə keçirilən “Fikrət Əmirovun əsərlərini ifa və təhlil edirik” adlı elmi-ifaçılıq konfransında “Dioloq.Elm.İnnovasiya” mövzusu əsas istiqamət kimi götürüldü. Bu dəfəki elmi-ifaçılıq konfransında əhatə dairəsi daha da genişlənmiş , Bakı şəhərinin Niyazi adına 22 №-li UMM, 33№-li UMM, 34 №-li UMM, 3 №-li onbirillik MM, 38 №-li Gözdən Əlillər MM-nin şagirdləri F.Əmirov adına 6 nömrəli onbirillik İM-nin şagirdləri ilə bir səhnəni bölüşüblər. Konfransın əvvəlində beynəlxalq və respublika müsabiqələri laureatı vokalçı M.Tağızadə və 38 №-li onbirillik Gözdən Əlillər MM-nin şagirdləri bəstəkarın ən gözəl əsərlərindən biri olan “Sevil” operasından bir neçə musiqi nümünələrini ifa etdilər.
Səhnədə bir-birinin ardınca bəstəkarın “Kürd-Ovşarı” simfonik muğamından fraqmentlər, fortepiano prelüdü, skripkaçılar ansamblının ifasında “12 miniatür” məcmüəsindən işləmələr, qarmon üçün “1001 gecə” baletinin musiqi nümünələri əsasında “Fantaziya” və bəstəkarın “Kor-ərəbin mahnısı” (balabanın ifasında) və “Bir gül seçdim yar üçün” mahnıları təqdim olundu.
Elmi-ifaçılıq konfransı F.Əmirov adına 6 nömrəli onbirillik İM-nin böyük xorunun ifasında “Odlar ölkəsi” mahnısının təntənəli sədaları ilə yekunlaşdı.
Sonda qonaqlar bu elmi-ifaçılıq konfransının daha geniş, ümümrespublika miqyasında keçirilməsini arzuladılar.