Şriftin ölçüsü :

Saytın rəngi :

Kitabxana oxucuları arasında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinin təltif olunma mərasimi keçirildi

26 noyabr 2019 | 11:00
26 noyabr 2019-cu il tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin oxucuları arasında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinin təltif olunma mərasimi keçirildi.
1 nömrəli kitabxana filialının oxucusu Sultanova Hökumə İlkin qızı (Binəqədi rayonu 248 nömrəli məktəbin X sinif) Bakı şəhəri üzrə birinci yerə layiq görüldü.
Eyni zamanda Mərkəzi Kitabxananın oxucusu Əsədov Rəvan Ramal oğlu (Binəqədi rayonu 100 nömrəli tam orta məktəb IX sinif) fəxri fərman və hədiyyə ilə təltif olunub.
 
Keçidlər