Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Qurban bayramı qeyd edildi

16 oktyabr 2013 | 10:00

15 oktyabr 2013-cü ildə İslam dünyasının ən əziz bayramlarından sayılan Qurban bayramı münasibətilə Binəqədi rayonunda humanitar aksiya keçirildi. Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiya çərçivəsində rayonda yaşayan şəhid ailələri, əlillər, müharibə veteranları, məcburi köçkünlər, tənha ahıllar və aztəminatlı ailələrə Qurban sovqatı paylandı.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul əməkdaşlarının, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edənlər insanlara həmrəylik və mənəvi saflıq kimi yüksək dəyərləri aşılayan Qurban bayramı münasibətilə xalqımızı, eləcə də, Binəqədi sakinlərini təbrik edib, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizə daim ehtiramla yanaşdığı vurğulandı və belə tədbirlərin vətəndaşlara dövlət qayğısının təzahürü olduğu qeyd edildi.
Qeyd edək ki, Qurban Bayramı münasibətilə ümumilikdə rayon ərazisində keçirilən humanitar aksiya çərçivəsində 4700-dən artıq ailəni əhatə edən 7 tona yaxın qurban əti paylanıldı.

Keçidlər