Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti üçüncü dəfə “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə nəticələrinə görə yerli icra hakimiyyətləri arasında birinci yeri tutdu

27 noyabr 2019 | 11:00
         26 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “ASAN xidmət indeksi” üzrə 2018-2019-cu il qiymətləndirmə nəticələrinə dair təqdimat keçirildi.
Dövlət Agentliyi tərəfindən Elektron Reyestrə daxil edilmiş dövlət xidmətlərinin “ASAN xidmət indeksi”ni təşkil edən parametrlər rəhbər tutulmaqla qiymətləndirilməsi tapşırığının icrası 2019-cu ildə də davam etdirilib.
      Bu tapşırığın yerinə yetirilməsi məqsədilə 2018-2019-cu illər ərzində Dövlət Agentliyi tərəfindən 25 mərkəzi icra hakimiyyəti orqanının 336 xidməti, Bakı şəhərində fəaliyyət göstərən 13 yerli icra hakimiyyəti orqanının 234 xidməti və kommunal xidmətlər göstərən 4 hüquqi şəxsin 47 xidməti daxil olmaqla, ümumilikdə 617 xidmət qiymətləndirilib.
    “Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə “ASAN xidmət indeksi”ni təşkil edən parametrlər rəhbər tutulmaqla, Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edilmiş xidmətlərin qiymətləndirilməsinin həyata keçirilməsi tapşırığı verilib.
      Qiymətləndirilmənin keçirilməsində əsas məqsəd dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır.
        Tədbirdə bildirildi ki, qiymətləndirilmənin 54 faizi mərkəzi, 38 faizi yerli icra hakimiyyəti orqanlarının, 8 faizi isə hüquqi şəxslərin payına düşüb.
       “ASAN" xidmət indeksi üzrə 2018-2019-cu il qiymətləndirmə nəticələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanları arasında ən yüksək nəticəni Dövlət Miqrasiya Xidməti, yerli icra hakimiyyəti orqanları sırasında Binəqədi Rayon İcra Hakimiyyəti, hüquqi şəxslər üzrə isə "Azərsu” Açıq Səhmdar Cəmiyyəti göstərdi.
           Sonda tədbir sual - cavab hissəsi ilə davam etdirildi.
 
https://apa.az/az/sosial_xeberler/Dovlt-xidmtlrinin-%22ASAN-Xidmt-indeksi%22-uzr-qiymtlndirm-nticlri-aciqlanib-560753 https://yenisabah.az/neticeler-aciqlandi http://bizimxeber.az/neticeler-aciqlandi-en-pis-gostericiler-bu-qurumlara-mexsusdur/ https://apa.az/az/sosial_xeberler/Agentlik:-Son-3-ild-bzi-dovlt-qurumlarinin-xidmtlrind-inkisaf-gorunmyib-560761

 

 
 
 
 
Keçidlər