Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Binəqədi rayon filialının hesabat yığıncağı keçirildi

30 noyabr 2019 | 11:00

30 noyabr 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Binəqədi rayon filialının hesabat yığıncağı keçirildi.
Yığıncaqdan əvvəl Ulu Öndər Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyuldu, Milli qəhrəmanların və Aprel şəhidlərinin əziz xatirəsi anıldı.
Yığıncaqda Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Binəqədi rayon filialının sədri İlham Qayıbzadə, təşkilat rəhbərləri və birliyin üzvləri iştirak etdilər.
Tədbiri açılış nitqi ilə başlayan birliyin sədri İlham Qayıbzadə gündəlikdəki məsələləri elan etdikdən sonra hesabat nitqi ilə çıxış edərək, cari il ərzində görülmüş işlər barəsində məlumat verdi. Daha sonra çıxış ətrafında müzakirələr aparıldı. Müzakirələr zamanı təşkilat rəhbərləri və üzvlər fikirlərini bölüşdülər. Müzakirələrdən sonra hesabat səsə qoyuldu və qəbul olundu.
Sonda çıxış edən müdir müavini Ş.Gülverdiyev təşkilatın fəaliyyəti barədə nitq söylədi. O qeyd etdi ki, cari il təşkilat üçün məhsuldar il olmuşdur. Qarabağ qaziləri cəmiyyətimizin baş tacıdır. Döyüş yolu keçmiş hər bir vətəndaşımız bizim qürurumuz, gənclər üçün vətənpərvərlik nümunəsidir.
Qarabağ müharibəsi əlilləri təşkilatının növbəti hesabatının Dağlıq Qarabağda keçirilməsi arzulandı və sonda xatirə şəkli çəkdirildi.

Keçidlər