Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 1 dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar yeniyetmə və gənclər arasında maarifləndirmə tədbiri keçirildi

29 noyabr 2019 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 1 dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar yeniyetmə və gənclər arasında maarifləndirmə tədbiri keçirildi.
Bu məqsədlə “Azərbaycan gəncləri narkotiklərə yox deyir!” mövzusunda rayon məktəblilərinin çəkdikləri rəsm əsərləri Binəqədi Gənclər Evinin foyesində nümayiş etdirildi. Rəsmlərdə gənclər tərəfindən narkomanlığın fəsadları, insanların sağlamlığına vurduğu ziyan və acı nəticələri təsvir edildi.
Müsabiqə çərçivəsində çəkilmiş rəsm işləri Bakı Humanitar Kollecinin müəllimi Aynur Osmanova və Füzuli şəhər 2 nömrəli Uşaq İncəsənət Məktəbinin müəllimi Elvin Şirinov tərəfindən qiymətləndirildi. 299 №-li məktəb-liseyin IX sinif şagirdi Əlibabayeva Sahibə Kamran qızı I yerə, 100 №-li tam orta məktəbin IX sinif şagirdi Şaqiyeva Yasmin Rafael qızı II yerə, 182 №-li tam orta məktəbin IX sinif şagirdi Baloğlanova Vəfa Hüseyn qızı III yerə layiq görüldülər.

Keçidlər