28 aprel 2026-cı il tarixində Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətləri olan görkəmli alim, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103 illiyi münasibətilə abidəsi ziyarət olundu
28 aprel 2026-cı il tarixində Binəqədi rayonunda yerləşən akademik Zərifə Əliyeva adına istirahət parkında Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətləri olan görkəmli alim, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103 illiyi münasibətilə abidəsi ziyarət olundu.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, millət vəkili Kəmaləddin Qafarov, Məlahət İbrahimqızı, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmaylov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin, Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə müəssisələrinin, bələdiyyələrin kollektivi, gənclər və rayon ictimaiyyəti iştirak etdilər.
Tədbir iştirakçıları akademik Zərifə xanım Əliyevanın adını daşıyan parkda görkəmli alimin abidəsi önünə tər çiçəklər düzərək əziz xatirəsinə dərin ehtiramlarını bildirdilər.
Görkəmli akademik Zərifə xanım Əliyevanın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.









