28 mart 2024-cü il tarixində Binəqədi rayon məktəblərində təhsil alan şagirdlər arasında keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” adlı referat-yazı müsabiqəsinin 1-ci tur qalibləri ilə görüş keçirildi.
28 mart 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Binəqədi rayon məktəblərində təhsil alan şagirdlər arasında keçirilən xalqımızın ümumilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” adlı referat-yazı müsabiqəsinin 1-ci tur qalibləri ilə görüş keçirildi.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, şagirdlər, onların elmi rəhbərləri və valideynlər iştirak edirdilər.
Görüşdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova qeyd etdi ki, müsabiqənin keçirilməsində əsas məqsəd-xalqımızın Ümumilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin tariximizdə, həmçinin müasir Azərbaycan dövlətinin xilası və formalaşmasındakı fəaliyyətinin şagirdlər tərəfindən daha dərindən öyrənilməsinə töhfə vermək, ümummilli lider Heydər Əliyevin xalqımızı necə böyük fəlakətin astanasından xilas etməsinin məhz orta məktəb şagirdlərinin özləri tərəfindən araşdırılması, onlara tədqiqat aparmaq, təhlil edib qənaətə gəlmək bacarıqlarını öyrətmək, eyni zamanda məktəblilərə 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində qazanılmış “Şanlı Zəfər”in təbliği, eləcə də böyüməkdə olan gənc nəslə doğma vətənə sevgi və məhəbbət hislərinin aşılanmasıdır. Milli-mənəvi dəyərlərimizin öyrənilməsində, qorunub saxlanılmasında və inkişaf etdirilməsində ümumtəhsil məktəblərində şagirdlərə aşılanan vətənpərvərlik tərbiyəsi mühüm rol oynayır. Buna görə də müsabiqənin məhz orta məktəb şagirdləri arasında keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edə bilərik.
Daha sonra şagirdlər “Salarilər dövləti”, “Urmiya xanlığı-Fətəli xan Əfşar”, “XX əsrin əvvəlində Azərbaycan mədəniyyəti”, “Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəlməsi-xaosdan sabitliyə”, “Azad edilmiş torpaqlarda erməni vandalizminin izləri” mövzusunda öz referat-yazılarını təqdim etdilər. Çıxış ətrafında geniş müzakirələr həyata keçirildi.