Vətən müharibəsi şəhidi Əmirşah Səttar oğlu Əmirlinin şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi qeyd edildi.
Varlığıyla Vətən olmaq, Vətən demək, Vətən sevmək!
Kim sevəcək bu Vətəni, biz sevməsək?
Kim deyəcək düşmənlərə sözümüzü, biz deməsək?
Şəhid olmaq xəyanətə dözümsüzlük,
Şəhid olmaq-mən demədən Vətən deyib,
Sinəsini bu torpağa sipər edən bölümsüzlük!
Şəhid olmaq ölmək deyil,
Dünya boyda ölümsüzlük!
28 oktyabr 2022-ci il tarixində Binəqədi rayonu 28 May qəsəbəsindəki Şəhidlər məzarlığında Vətən müharibəsi şəhidi Əmirşah Səttar oğlu Əmirlinin şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi qeyd edildi.
Anım mərasimində şəhidlərimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, millət vəkili Səbinə Xasayeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, xüsusi xidmət orqanlarının, icra nümayəndəliyinin, bələdiyyənin, DSMF Binəqədi rayon şöbəsinin, Binəqədi rayon Gənclər və İdman İdarəsinin, Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin rəhbərləri və rayon ictimaiyyəti iştirak edirdilər.
Mərasimdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.
Mərasimdə şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev qeyd etdi ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun bu qələbəsi Azərbaycanın dünyada güclü dövlət olduğunu bir daha təsdiqlədi. Ölkəmizdə hər zaman cəsur oğul və qızlarımızın şücaəti yüksək qiymətləndirilib. Bütün şəhidlərimizin ruhuna ehtiram göstərilir, xatirələri uca tutulur, adları əbədiləşdirilir. İgid oğullarımızın məğrurluğu, qətiyyəti, vətənpərvərliyi bütün gənclərimiz üçün əsl örnəkdir.
Millət vəkili Səbinə Xasayeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışlarında ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar hissi doğurduğunu, qəhrəman əsgər və zabitlərimizlə bütün xalqımızın qürur duyduğunu qeyd etdilər. Həmçinin bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı dilədilər.
Anım tədbirində xatirələrini bölüşən şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda edən Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!