Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı 28.11.2019-cu il tarixdə Binəqədi qəsəbəsində keçirilmiş səyyar görüşdə qaldırılmış problemlərlə bağlı əraziyə baxış keçirdi
30 noyabr 2019-cu il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Binəqədi qəsəbəsində olmuş, 28.11.2019-cu il tarixdə "Qəsəbə aylığı" çərçivəsində keçirilmiş səyyar görüşdə sakinlər tərəfindən qaldırılan problemlərlə bağlı əraziyə baxış keçirmişdir. Aparatın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sabir Əliyev, RİH başçısının Binəqədi QİƏD üzrə nümayəndəsi Zakir Əliyev, Binəqədi Qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva da RİH başçısı ilə birlikdə qəsəbə ərazisində oldular.
RİH başçısı qəsəbənin I Mədən ərazisindəki korpus 10, 22 və 25 saylı ünvanlarda mövcud yol və kanalizasiya problemləri ilə yerində tanış olduqdan sonra, məsələlərin həlli məqsədi ilə əraziyə mütəxəssis cəlb edilməsi istiqamətində müəyyən tapşırıqlar verdi.
Daha sonra RİH başçısı və digər əməkdaşlar qəsəbənin C.Cabbarlı küçəsində mövcud yol problemi ilə yerində tanış oldular. RİH başçısı bildirdi ki, məsələ ilə əlaqədar “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə müraciət ünvanlanmış və yaxın zamanda əraziyə asfalt örtüyünün vurulması nəzərdə tutulmuşdur.