Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Beynəlxalq Əlillər Günü münasibətilə yardım aksiyası keçirildi

02 dekabr 2019 | 11:00
02 dekabr 2019-cu il tarixində Beynəlxalq "Əlillər Günü münasibətilə  Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə yardım aksiyası keçirildi.
Aksiyada Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, baş məsləhətçi Seymur Hacıyev, Kənan Kərimov iştirak etdilər.
Aksiya  çərçivəsində Binəqədi rayonunda fəaliyyət göstərən ictimai birliklərin üzvü olan 70-dən çox  əlil vətəndaşa Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq yardımı verilib.
İctimai birlik üzvləri əlillərə göstərilən diqqətə və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
 
 
 
 
 
 
 
 
 
Keçidlər