Şriftin ölçüsü :

Saytın rəngi :

“Ən yaxşı məktəb saytı” müsabiqəsinin qalibləri mükafatlandırıldı

05 dekabr 2019 | 11:00
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhər ümumi təhsil müəssisələri arasında təşkil olunmuş “Ən yaxşı məktəb saytı” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirildi.
Münsiflər heyətinin qərarına əsasən, müsabiqənin 2018-2019-cu tədris ilinin nəticələrinə görə Binəqədi rayonu üzrə 102 nömrəli tam orta məktəb qalib seçilib.
Bu münasibətlə məktəb rəhbərliyini, məktəbin müəllim və şagird kollektivini təbrik edir və işlərində yeni-yeni uğurlar arzulayırıq.
Qeyd edək ki, “Ən yaxşı məktəb saytı” müsabiqəsinə 2017-2018-ci tədris ilindən başlanılmış, müsabiqə çərçivəsində hər tədris ili üzrə qaliblər bir dəfə seçilir.

Keçidlər