Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində könüllülər üçün “Binəqədi Tur” təşkil edildi

05 dekabr 2019 | 11:00
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti,Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Binəqədi qəsəbə bələdiyyəsinin birgə təşkilatçılığı ilə könüllülər üçün “Binəqədi Tur” təşkil edildi.
Təşkil edilmiş tur çərçivəsində könüllü gənclər ilk olaraq Binəqədi IV dövr Fauna və Flora Təbiət Abidəsində olmuş və burada könüllülərə “Binəqədi IV dövr fauna və flora təbiət abidəsi”nin nəinki Azərbaycanın, hətta bütün dünyanın ən zəngin və nadir tapıntılarından biri olması barədə geniş məlumat verildi.
Ekskursiyadan sonra könüllülər Binəqədi qəsəbə bələdiyyəsinin qonağı oldu və bələdiyyənin fəaliyyəti ilə tanış oldular. Görüş zamanı bələdiyyə sədri Aytac Əliyeva gənclərə bələdiyyənin fəaliyyəti, iş mexanizmi haqqında geniş məlumat verdi.
Sonra gənclərin bələdiyyə ilə bağlı təəssüratları dinlənilərək sualları cavablandırıldı.
Təqdimatdan sonra “Azərbaycan Könüllülük Həftəsi” üçün hazırlanmış tort kəsildi və görüş çay süfrəsi arxasında davam etdirildi.
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər