Binəqədi qəsəbəsində səyyar görüş keçirildi
2013-cü il oktyabrın 18-də Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsində yerləşən xeyir-şər evində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərovun Binəqədi qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 122 nəfər Binəqədi qəsəbə sakini iştirak edirdi.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov açaraq 9 oktyabr 2013-cü ildə Respublikada keçirilən Prezident seçkilərində xalqın böyük etimadı ilə cənab Prezidentin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə sakinləri təbrik etdi və gələcək fəaliyyətində uğurlar arzuladı.
Qəsəbə sakinlərindən Sitarə Quliyeva, Maqsud Rəvanov, Temil Əliyev, Asif Vəliyev, Sona Əsədova və başqaları çıxış edərək qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqlarının aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısı cənab Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.