Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikanın hər yerində start götürmüş ağacəkmə aksiyası Binəqədi rayonunda da həyata keçirilib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Respublikanın hər yerində start götürmüş ağacəkmə aksiyası Binəqədi rayonunda da uğurla həyata keçirilib.
Müvafiq tövsiyəyə uyğun olaraq, 6 dekabr 2019-cu il tarixində gün ərzində Binəqədi rayonu 6-cı mikrorayon M.Kazımovski küçəsi, Nəbatət bağı, İ.Cümşüdov küçəsi, Xocəsən qəsəbəsi “Pepsi-kola”şirkətinin qarşısındakı park, “Dərnəgül” metro stansiyasının çıxışı, Binəqədi qəsəbəsi Penitensiar xidmətinin 15 saylı Cəzaçəkmə Müəsissəsinin yanı və Xocəsən qəsəbəsi, Motodrom adlanan ünvanda 6000 ədəd həmişə yaşıl ağac əkilib.
Ağacəkmə aksiyasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri və əməkdaşları, YAP Binəqədi rayon təşkilatının rəhbər heyəti, rayon ictimaiyyəti, Binəqədi rayonunda könüllülük fəaliyyətinə cəlb edilmiş gənclər və s. şəxslər iştirak edib.
Ağacəkmə aksiyası zamanı İmadəddin Nəsiminin qəzəllərindən ibarət musiqilər səsləndirilmiş, çay süfrəsi təşkil edilmişdir.
https://qafqazinfo.az/news/detail/bineqedide-6000-hemiseyasil-agac-ekilib-foto-271652
https://modern.az/az/news/219875