Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin Müraciət Xidmətinə 2019-cu ilin noyabr ayında daxil olan müraciətlər haqqında hesabat

12 dekabr 2019 | 11:00
2019-cu il noyabr ayı üzrə statistik rəqəmləri əks etdirən göstəricilər təhlil edilərkən müəyyən edilmişdir ki, cavablandırılmış zənglərin sayı 3538, birbaşa cavablandırılan zənglərin sayı 2810,  yaradılanəks əlaqələrin sayı 810, günlük  orta zəng sayı 117, tərtib edilən şikayət vərəqələrinin sayı 728 olub.
Şikayət xarakterli  728  müraciətin  500-ü  və ya  68,7 %-i tam, 96-sı və ya 13,2 %-i qismən, 132-si və ya 18,1 %-nə müvafiq izahat verilərək həll edilib.
Noyabr ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin 211-i və ya 29 %-i su-kanalizasiya (o cümlədən 124-ü su təchizatı, 87-si kanalizasiya problemləri ilə əlaqədar), 44-ü və ya 6 %-i lift problemləri, 34-ü və ya 4,7 %-i elektrik təchizatı ilə bağlı, 109-u və ya 15 %-i qaz təchizatı, 36-sı və ya 4,9 %-i məişət tullantıları ilə əlaqədar, 17-si və ya 2,3 %-i küçələrin işıqlandırılması idarəsi ilə əlaqədar, 273-ü və ya  37,5 %-i sakinləri narahat edən digər məsələlər ilə əlaqədar, 2-si və ya 0,3 %-i  çoxmənzilli binaların girişlərinin və zirzəmilərinin dizenfeksiya edilməsi ilə əlaqədar, 2-i və ya 0,3 %-i təhlükəli vəziyyətdə olan ağacların budanması ilə əlaqədar olub.
Xidmətə ay ərzində 29 təşəkkür müraciəti daxil olub.
 
Sakinlərin Müraciət Xidmətinin 2019-cu ilin noyabr ayı üzrə hesabatı
Keçidlər