Şriftin ölçüsü :

Saytın rəngi :

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar hazırlanan yeni tamaşanın premyerası təqdim edildi

13 dekabr 2019 | 11:00
Dekabrın 9-da dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı şair-dramaturq İftixarın “Haqq mənəm” pyesi əsasında hazırlanan yeni tamaşanın, ikihissəli tarixi elegiyanın premyerasını təqdim edildi.
S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində nümayiş olunan tamaşa anşlaqla keçdi.
Premyerada Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri İlqar Süleymanov, Vüsar İsmayılov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının sədri Ramiz Göyüşov, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə, filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyev, tənqidçi-ədəbiyyatşünas Qurban Bayramov, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri, QHT Əməkdaşlıq Alyansının üzvü Mehriban Abdullayeva və digər qonaqlar iştirak etdilər.
Tamaşa izləyicilər tərəfindən alqışlarla qarşılandı. Nəsimi poeziyası əsasında yazılan “Haqq mənəm” adlanan əsər Nəsimi dünyasının, Nəsimi dövrünün ruhunu tamaşaçıya çatdırır.
Tamaşanın quruluşçu rejissoru, quruluşçu rəssamı və xoreoqrafı əməkdar mədəniyyət işçisi İftixar Piriyev, tərtibatçı rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Bəhruz Hikmətoğludur. Rolları Natiq Həziyev (Nəsimi), əməkdar artist Rəşid Rzayev (Əmir Teymur), Bəhruz Hikmətoğlu (Şeyx Zahid), Məhərrəm Musayev (Baş vəzir), Müdvər Nemətova (Afət), Niyaməddin Səfərəliyev (Dərviş), Əmrulla Nurullayev (Dərviş libaslı mürid), Anar Buludov (I mürid), Zəki Fətəliyev (II mürid), Arzuman Tanrıverdi (III mürid), Samir Əliyev (IV mürid), Rövşən Cəfərov (Miranşah), Fərid Vəliyev (Carçı), Güney Əliyeva (Rəqqasə), Tünzalə Əliyeva (Əməkdar artist), Xatirə Süleymanova (Əməkdar artist), Səmayə İsmayılova, Sevinc Hüseynova, Pərvin Dadaşova, Xədicə Məmmədova, Səbinə İmamverdiyeva və Sevinc Bəxtiyar ifa etdilər.
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər