Gənclər evlərinin, QHT-lərin gənclər siyasətində rolu mövzusunda tədbir keçirildi
16 dekabr 2019 | 11:00
Dekabrın 16-da Binəqədi Gənclər Evində «Azərbaycan Hökuməti və BMT-nin birgə Gənclər Evi təşəbbüsü»nün Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən yeni istiqamətlərinin təqdimatı keçirildi.
Gənclər Evlərini gənclərə dost məkana çevirmək olan təşəbbüs UNICEF-in texniki dəstəyi ilə 2018-ci ildən həyata keçirilir. Xidmətlər beş istiqaməti əhatə edir: sağlamlıq, təhsil, müdafiə, iş hazırlığı və iştirak etmə. Bu günə qədər hökumətlə birgə hazırlanmış xidmətlər paketinə Əsas Həyat Bacarıqları, Psixoloji-Sosial və Hüquqi Məsləhət və Sağlam Həyat Tərzi daxildir. Avropa İttifaqı ilə yeni tərəfdaşlıq bu gün təqdimatı keçiriləcək yeni istiqamətlərin əhatə olunmasına dəstək vermişdir. Qeyri Hökumət təşkilatları tərəfindən 6 rayonda (Bakının Binəqədi və Xəzər rayonları, Mingəçevir, Qazax, Şəmkir və Biləsuvar rayonları) yerləşən Gənclər Evləri və Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin əməkdaşları vasitəsi ilə təqdim olunacaq yeni xidmətlərin məqsədi gənclər tərəfindən sosial layihələrin hazırlanması və idarə olunması, onların iş hazırlığının yüksəldilməsi və Gənclər Evləri və İnkişaf və Karyera Mərkəzlərinin PR/Marketinq fəaliyyətlərinin gücləndirilməsidir.
Tədbirdə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının müdir müavini Şəmsi Gülverdiyev, Azərbaycan Gənclər Fondunun şöbə müdiri Seymur Hüseynov, Binəqədi Gənclər Evinin direktoru Ələkbər Mustafayev iştirak edib.
Giriş sözü ilə çıxış edən Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva Azərbaycan Respublikasının Gənclər siyasəti və Gənclər Evlərinin bu siyasətin həyata keçirilməsində tutduğu rol haqda ətraflı məlumat verdi.
UNICEF-in Azərbaycan Nümayəndəliyi rəhbərinin müavini Min Yuan Hökumət və BMT-nin birgə Gənclər Evi Təşəbbüsünün QHT-lərin gənclərin mobilizasiyasında əhəmiyyətli rol oynayacağına əmin olduğunu bildirdi.
Təqdimat zamanı layihə tərəfdaşları olan QHT rəhbərləri və benefisiarlar - Gənclər Evləri və Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin rəhbərləri yeni xidmətlərin faydaları, eləcə də QHT-lərlə olan əməkdaşlığın bu sahəyə verəcəyi töhfələrə dair panel müzakirəsi apardılar.