Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda avtomobil və məhəllədaxili yolların təmiri işi start götürdü

25 dekabr 2019 | 11:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı şəhəri və paytaxtətrafı qəsəbə və kəndlərin sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün verdiyi tapşırıqlar, imzaladığı sərəncamlar, bu tədbirlərin icrasına ayırdığı diqqət, hər yerdə olduğu kimi, Binəqədi rayonunda da öz müsbət nəticələrini verməkdədir.
Rayonun qəsəbələrində yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üçün kompleks tədbirlər və yenidənqurma işləri davam etdirilir.
Bakı şəhəri, Binəqədi rayonunun M.Ə.Rəsulzadə, Biləcəri, Binəqədi, Xocəsən və 28 May qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə ölkə başçısı cənab İlham Əliyev tərəfindən imzalanmış “Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən ayrılmış maliyyə vasaitinə uyğun olaraq, Binəqədi rayonunda avtomobil və məhəllədaxili yolların təmiri işi start götürmüşdür.
 
Keçidlər