Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 2019-cu ilin idman yekunlarına həsr olunan tədbir keçirildi

25 dekabr 2019 | 11:00
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 25 dekabr 2019-cu il tarixində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində 2019-cu ilin idman yekunlarına həsr olunan tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, rəis müavini Rüfət Əhmədov, baş məsləhətçi Elvin Quliyev, aparıcı məsləhətçi Rafiq Nəsirov, idman müəllimləri, məktəblilər iştirak etdilər.
Əvvəlcə Bakı şəhəri üzrə şahmat, dama və stolüstü tennis idman növlərində yer tutmuş məktəblərin idman müəllimlərinə və Binəqədi rayonunda həyata keçirilən idman tədbirlərində fəal iştirakına, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsində göstərdiyi xidmətlərə görə bir qrup şəxsə idarə tərəfindən fəxri fərmanlar təqdim edildi.
Sonra il ərzində idarənin təşkilatçılığı ilə keçirilmiş idman yarışlarında qalib gəlmiş məktəblilər müvafiq dərəcəli diplom və medallarla təltif edildilər.
 
 
 
 
Keçidlər