Yanğın təhlükəsizliyinə həsr olunmuş tədbir keçirildi
25 oktyabr 2013-cü il tarixdə YAP Binəqədi rayon təşkilatının akt zalında Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə payız-qış mövsümü ərəfəsində yanğın təhlükəsizliyi, eləcə də dəm qazı zəhərlənmələri ilə bağlı “Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu” mövzusunda tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov açaraq tədbirin mahiyyəti barədə müşavirə iştirakçılarına məlumat verdi.
FHN-nin Bakı Regional Mərkəzinin rəis müavini Cəfər Məmmədov, FHN- nin Bakı Regional Mərkəzinin əməkdaşı Elgün Ələkbərov, “Yanğın mühafizəsi problemləri və həlli yolları” mövzusunda Dövlət Yanğın Mühafizə Xidmətinin əməkdaşı Hüseyn İmanov, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti” mövzusunda Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin hüquqşunası Eynulla Şahverənov və başqaları çıxış etdilər.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının aidiyyəti əməkdaşları, rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edirdilər.
Həmçinin tədbirdə yanğınla bağlı video material nümayiş etdirildi.