Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunda yerləşən Ayna Sultanova adına parkda aparılmış yenidənqurma işləri ilə tanış olub

30 dekabr 2019 | 11:00

   30 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakının Binəqədi rayonundakı Səttar Bəhlulzadə küçəsi, Atatürk və Ziya Bünyadov prospektlərinin kəsişməsində yerləşən Ayna Sultanova adına parkda aparılan yenidənqurma işləri ilə tanış olub.
 
          Son illər Azərbaycanın bütün regionlarında, o cümlədən Bakıda abadlıq və yenidənqurma işləri geniş vüsət alıb. Əhalinin rahatlığı və istirahətinin yüksək səviyyədə təşkili məqsədilə yeni parklar və çoxsaylı yaşıllıq zolaqları salınır, mövcud park və xiyabanlar isə əsaslı şəkildə yenidən qurulur. Həyata keçirilən bu layihələr Bakının və regionların simasını dəyişməklə yanaşı, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasında da mühüm rol oynayır. Bu məqsədlə, 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Binəqədi Rayon İcra Hakimiyyətinə ayrılmış vəsait hesabına Binəqədi rayonunda abadlıq-quruculuq tədbirləri davam etdirilmiş, o cümlədən, sahəsi 1,1 hektar ərazisini əhatə edən Ayna Sultanova adına parkda yenidənqurma işləri aparılmışdır. Görülmüş işlər nəticəsində sakinlərin, o cümlədən uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılmışdır.

   Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev dövlətimizin başçısına parkda həyata keçirilən yenidənqurma işləri barədə məlumat veriblər. Parkda görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.

 

 

 

Keçidlər