Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının 8-ci mikrorayon sakinləri ilə "Açıq qapı" formatında növbəti səyyar qəbulu keçirildi
09 yanvar 2020 | 11:00
09 yanvar 2020-ci il tarixdə 8-ci mikrorayon ərazisində yerləşən 102 saylı MKİS-in inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin sakinlərlə "Açıq qapı" formatında səyyar qəbulu keçirildi. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Görüşdə iştirak edən sakinlər daha çox onları narahat edən məsələlərlə bağlı müraciət edərək, yaşadıqları binanın həyətinin abadlaşdırılmasını, istilik təchizatında mövcud problemlərin aradan qaldırılmasını, əraziyə asfalt örtük vurulmasını və s. xahiş etdilər.
RİH başçısı bildirdi ki, rayonun digər ərazilərində olduğu kimi, mikrorayonlarda da mövcud qlobal problemlərin mərhələli şəkildə həlli istiqamətində zəruru tədbirlər cari ildə də davam etdirilir. Belə ki, təsdiq edilmiş tədbirlər planları çərçivəsində 2020-ci il ərzində də abad məhəllələrin salınması, binaların liftlərində mövcud problemlərin aradan qaldırılması və s. istiqamətində əməli işlər görüləcəkdir.
Daha sonra RİH başçısı sakinlər tərəfindən qaldırılan digər məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.