28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirildi
10 yanvar 2020 | 11:00
10 yanvar 2020-ci il tarixində 313 saylı məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirildi.
Hesabat tədbirində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi Turxan Quliyev və qəsəbə sakinləri iştirak etdilər.
Hesabat tədbirini giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov qəsəbədə görülən və görülməsi nəzərdə tutulan işlərdən danışaraq sakinləri müzakirələrdə aktiv iştirak etməyə dəvət etdi.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Mübariz Məmmədov 2019-cu il ərzində qəsəbədə görülən işlər və 2020-ci ildə qarşıda duran vəzifələr barəsində geniş məruzə ilə çıxış etdi.
Hesabat yığıncağında məruzəçilər və çıxış edənlər çıxışlarında əhalini narahat edən məsələlərə də toxunaraq, qaldırılan məsələlərin həlli yolları barədə fikir mübadiləsi və müzakirələr apardılar.
Sonda müzakirə olunan məsələlər barədə müvafiq qərar qəbul edildi və Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov yekun nitqi ilə çıxış edərək qeyd etdi ki, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi müvafiq bələdiyyə ilə birlikdə mövcud nöqsan və çatışmazlıqları il ərzində nəzarətdə saxlamalı, bu və digər nöqsanların həlli istiqamətində konkret tədbirlər müəyyənləşdirilməlidirlər.