Sakinlərin Müraciət Xidmətinə 2019-cu ilin dekabr ayında daxil olan müraciətlər haqqında hesabat
14 yanvar 2020 | 11:00
2019-cu il dekabr ayında Sakinlərin Müraciət Xidmətində cavablandırılan zənglərin sayı 2391, birbaşa cavablandırılan zənglərin sayı 1975, yaradılan əks əlaqələrin sayı 607, günlük orta zəng sayı 77, tərtib edilmiş şikayət vərəqələrinin sayı 416 olub.
Şikayət xarakterli 416 müraciətin 320-si və ya 76,9 %-i tam, 38-i və ya 9,2 %-i qismən, 58-i və ya 13,9 %-i müvafiq izahat verilərək həll edilib.
Dekabr ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin 149-u və ya 35,8 %-i su-kanalizasiya (o cümlədən 69-u su təchizatı, 80-i kanalizasiya problemləri ilə əlaqədar), 91-i və ya 21,9 %-i istilik təchizatı ilə bağlı, 63-ü və ya 15,1 %-i lift problemləri, 11-i və ya 2,6 %-i elektrik təchizatı ilə bağlı, 31-i və ya 7,5 %-i qaz təchizatı, 12-si və ya 2,9 %-i məişət tullantıları ilə əlaqədar, 18-i və ya 4,3 %-i küçələrin işıqlandırılması idarəsi ilə əlaqədar, 17-si və ya 8,9 %-i sakinləri narahat edən digər məsələlər ilə əlaqədar, 2-si və ya 0,5 %-i çoxmənzilli binaların girişlərinin və zirzəmilərinin dezinfeksiya edilməsi ilə əlaqədar, 2-i və ya 0,5 %-i təhlükəli vəziyyətdə olan ağacların budanması ilə əlaqədar olub.
Xidmətə ay ərzində 28 təşəkkür müraciəti daxil olub.