“20 Yanvar Ümumxalq Hüzn Günü”nün 30-cu ildönümü münasibətilə “Güllə yağışı” abidəsi ziyarət edildi
20 yanvar 2020 | 11:00
20 yanvar 2020-ci il tarixində “20 Yanvar Ümumxalq Hüzn Günü”nün 30-cu ildönümü münasibətilə Biləcəri qəsəbəsində ucaldılmış “Güllə yağışı” abidəsi ziyarət edildi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatın şöbə müdirləri, əməkdaşları və rayon ictimaiyyətinin iştirak etdiyi anım mərasimində “Güllə Yağışı” abidəsinin önünə gül dəstələri qoyularaq, xalqımızın azadlığı yolunda canlarından keçən şəhidlərin ruhuna dərin ehtiram bildirildi.