Şriftin ölçüsü :

Saytın rəngi :

Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko Binəqədi Rayon İcra Hakimiyyətində oldu

30 oktyabr 2013 | 11:00

Məlum olduğu kimi, 27 oktyabr 2013-cü il tarixdə Bakıda Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının  (SMEF) təşkilatçılığı və Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə səmti müəyyən etmə idman növü üzrə açıq respublika çempionatının Binəqədi rayonunda açılış mərasimi keçirildi.
29 oktyabr  2013-cü il tarixdə  isə çempionatda iştirak edərək qalib komandanın rəhbəri, Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko və SMEF-in prezidenti Mirəli Kazımov Binəqədi Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla görüşdülər.
Görüş zamanı səfir Aleksandr Mişenko və SMEF-in prezidenti Mirəli Kazımov çempionatın təşkilində göstərilən dəstəyə görə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısına öz minnətdarlıqlarını bildirdilər.
Görüşdə həmçinin bu idman növünün yeni yaranmasına baxmayaraq qısa zamanda respublikamızda  geniş əhali kütləsinin, xüsusilə yeniyetmə və gənclər arasında yayılmağa başladığı qeyd edildi.
Binəqədi rayonunda keçirilən açıq respublika çempionatında uşaq və yeniyetmələr arasından müxtəlif yaş qruplarından olan orta məktəb şagirdləri qatıldılar. Səfir, özünün də bu idman növünə olan marağından danışaraq  federasiya ilə mütəmadi əlaqədə olduğunu, tədbirlərdə aktiv iştirak etdiyini və bu idmanın yeniyetmələrin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında, çətin anlarda dərhal və məntiqə əsaslanan qərarlar qəbul etmək vərdişlərinin formalaşmasında mühüm rol oynadığını vurğuladı.
Görüş zamanı Binəqədi rayonunda da bu idman növünün təbliği və inkişaf etdirilməsi istiqamətləri mövzusunda fikir mübadiləsi aparıldı.
Qonaqlar  həmçinin, Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında elektron hökumətə keçidlə əlaqədar  yaradılmış texniki imkanlar və iş şəraiti ilə də tanış oldular.

Keçidlər