Şriftin ölçüsü :

Saytın rəngi :

Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Biləcəri bələdiyyəsinin 2019-cu ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi

22 yanvar 2020 | 11:00
22 yanvar 2020-ci il tarixində Biləcəri qəsəbəsində yerləşən 284 saylı məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Biləcəri bələdiyyəsinin 2019-cu ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi.

Hesabat tədbirində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Hacıbaba Babayev, Binəqədi Rayon İcra Hakimiyyəti 1646 Xidmətinin rəisi Anar Səfərov, Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Laçın Mustafayev, Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov rayonun kommunal xidmət müəssisələrinin qəsəbə üzrə nümayəndələri və qəsəbə sakinləri  iştirak etdilər.

Hesabat tədbirini  giriş  nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov qəsəbədə görülən və görülməsi nəzərdə tutulan işlərdən danışaraq sakinləri müzakirələrdə aktiv iştirak etməyə dəvət etdi.

Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Laçın Mustafayev və Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov hesabat məruzəsi ilə çıxış edərək 2019-cu il ərzində qəsəbə ərazisində aparılan abadlıq quruculuq işlərindən, ictimai sahədə həyata keçirilən tədbirlərdən bəhs etdilər, eyni zamanda sakinlərin diqqətinə çatdırıldı ki, qəsəbənin ən aktual problemlərindən hesab edilən yeni məktəb binasının tikilməsi məqsədilə Rayon İcra Hakimiyyətinin məqsədyönlü işinin nəticəsi olaraq qəsəbə ərazisində torpaq sahəsi ayrılmış və eləcədə qəsəbənin bir neçə küçəsində asfaltlanma işləri aparılmışdır və hazırda isə işlər davam etdirilir.

Bundan əlavə məruzəçilər qəsəbə ərazisində mövcud problemlərdən bəhs edərək  qəsəbədə yeni yaşayış massivlərində kanalizasiya şəbəkəsinin qurulması,  fərdi yaşayış evlərinin sənədləşdirilməsi, məhəllədaxili yolların asfaltlanması, qəsəbə ərazisindən keçən magistral avtomobil yollarında tez-tez baş verən qəzaların aradan qaldırılması məqsədi ilə müvafiq nişanların və radar qurğuların quraşdırılması, qəsəbə ərazisinə xidmət göstərən marşurutların fəaliyyətinin yaxşılaşdırılması küçələrin işıqlandırılması kimi  tədbirlərin  həyata  keçirilməsinə ehtiyac olduğunu qeyd etdilər və bütün bu və digər məsələlərlə əlaqədar olaraq 2020-ci ildə qarşıya qoyulan məqsəd və vəzifələrin icrasını tam təmin etmək üçün öz qüvvə və bacarıqlarını səfərbər edəcəklərini bildirdilər.

Daha sonra qəsəbə sakinlərinin təklif və şikayətləri dinlənildi və qaldırılmış problemlərin rayonun 2020-ci ildə sosial-iqtisadi inkişaf proqramına daxil edilməsi təklif olundu.

Sonda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İlqar Süleymanov  yekun nitqi ilə çıxış edərək tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, istər bələdiyyələrin, istərsə də icra hakimiyyəti və nümayəndəliklərinin fəaliyyyətinin əsas istiqaməti vətəndaş məmnunluğunu təmin etmək olmalıdır, bu baxımdan sakinləri narahat edən məsələlər daimi nəzarətdə saxlanmalı və icrası məqsədilə müvafiq zəruri tədbirlər həyata keçirilməlidir.

 
 
Keçidlər