Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Rəsulzadə qəsəbə sakinləri ilə növbəti səyyar qəbulu keçirildi

30 yanvar 2020 | 11:00
30 yanvar 2020-ci il tarixində M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən 100 saylı tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar görüşü keçirildi. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, bələdiyyə və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, xidmət sahələrinin nümayəndələri iştirak etdilər.

RİH başçısı E.Allahverdiyev ötən il ölkəmizdə bir çox sahələrdə keçirilən islahatların uğurlu dövlət siyasəti, dayanıqlı inkişaf üçün zəmin yaratdığını, qazanılan uğurların həyata keçirilən siyasətin düşünülmüş və uğurlu nəticələrə hesablandığını bir daha təsdiq etdiyini bildirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət strukturlarına, aidiyyəti qurumlara verdiyi ciddi tapşırıq və tövsiyələrin məntiqi nəticəsi olaraq, vətəndaşların istək və qayğılarına daha da məsuliyyətlə yanaşılmalı olduğunu qeyd edən RİH başçısı, sakinləri narahat edən məsələlərlə yerində tanış olub səlahiyət çərçivəsində həmin problemlərin aradan qaldırılmasının vacibliyini diqqətə çatdırdı.

Qəsəbə sakinləri ölkə ərazisində, eləcə də, Bakı şəhərində həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.

RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin müraciətlərini dinlədikdən sonra qeyd etdi ki, ölkə başçısının tapşırığına əsasən, ölkədə keçirilən bütün islahatlar 2020-ci ildə Binəqədi rayonunda da davam etdiriləcək, görülən bütün işlərdə vətəndaş məmnunluğu əsas prinsip kimi götürüləcək.
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər