Şriftin ölçüsü :

Saytın rəngi :

Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Rəsulzadə bələdiyyəsinin 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirildi

30 yanvar 2020 | 11:00
30 yanvar  2020-ci il tarixində 100 saylı orta məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Rəsulzadə bələdiyyəsinin 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirildi.
Hesabat tədbirində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, RİH başçısı Aparatının şöbə və sektor müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Namil Məmmədov, Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov və qəsəbə sakinləri iştirak etdilər.
Hesabat tədbirini  giriş  nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov qəsəbədə görülən və görülməsi nəzərdə tutulan işlərdən danışaraq sakinləri müzakirələrdə aktiv iştirak etməyə dəvət etdi.
Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namil Məmmədov və Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov  hesabat məruzəsi ilə çıxış edərək 2019-cu il ərzində qəsəbə ərazisində aparılan abadlıq quruculuq işlərindən, ictimai sahədə həyata keçirilən tədbirlərdən danışdılar, eləcə də sakinlərin diqqətinə çatdırıldı ki, qəsəbənin problemlərindən olan məhəllədaxili yolların asfaltlanması, işıqlandırılması işləri görülmüş, yeni qaz və su xətləri çəkilmişdir.
Bundan əlavə məruzəçilər qəsəbə ərazisində mövcud problemlərdən bəhs edərək  qəsəbənin su təchizatının yaxşılaşdırılması, fərdi yaşayış evlərinin sənədləşdirilməsi, məhəllədaxili yolların asfaltlanması, küçələrin işıqlandırılması kimi  tədbirlərin  həyata  keçirilməsinə ehtiyac olduğunu qeyd etdilər və bütün bu və digər məsələlərlə əlaqədar olaraq 2020-ci ildə qarşıya qoyulan məqsəd və vəzifələrin icrasını tam təmin etmək üçün öz qüvvə  və bacarıqlarını səfərbər edəcəklərini bildirdilər.
Daha sonra qəsəbə sakinlərinin təklif və şikayətləri dinlənildi və qaldırılmış problemlərin rayonun 2020-ci ildə sosial-iqtisadi inkişaf proqramına daxil edilməsi təklif olundu.
Sonda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsar İsmayılov yekun nitqi ilə çıxış edərək tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, istər bələdiyyələrin, istərsə də icra hakimiyyəti və nümayəndəliklərinin fəaliyyətinin əsas istiqaməti vətəndaş məmnunluğunu təmin etmək olmalıdır, bu baxımdan sakinləri narahat edən məsələlər daimi nəzarətdə saxlanmalı və icrası məqsədilə müvafiq zəruri tədbirlər həyata keçirilməlidir.

 

 

 

 

 

 

Keçidlər