2 Fevral Gənclər Gününə həsr edilmiş “Gələcəyə könüllü – Azərbaycan gəncliyi” adlı tədbir keçirildi
03 fevral 2020 | 11:00
31.01.2020-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı tərəfindən “2 Fevral Gənclər Gününə” həsr edilmiş “Gələcəyə könüllü – Azərbaycan gəncliyi” adlı tədbir keçirildi.
Tədbirdə VI çağırış Milli Məclisə seçkilərin Yeni Azərbaycan Partiyasının 9 saylı Binəqədi ikinci Seçki Dairəsi üzrə namizədi Kamaləddin Qafarov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Binəqədi Rayon Gənclər və İdarəsinin rəisi Namiq Tarverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi Rayon Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri və rayonunun fəal gəncləri iştirak etdilər.
Tədbirin aparıcısı 2 Fevral Gənclər Günü ilə bağlı geniş məlumat verdikdən sonra giriş nitqi ilə YAP Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva Gənclər Günü münasibətilə onları təbrik etdi. Gənclərin öz köklərinə və milli-mənəvi dəyərlərinə bağlı, Azərbaycançılıq ideologiyasına sadiq, əyilməz və tükənməz güc olduğunu söylədi. Bu gün dövlətimizin gənclərin gücünə inandığını və bütün sahələrində bu gücdən istifadə edildiyini vurğuladı. Həmçinin, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu günün əhəmiyyətindən danışaraq dövlət gənclər siyasətinin uğurları haqqında geniş məlumat verdi. O, bu günlərdə əlamətdar bir tarix - 09 fevral 2020-ci il tarixdə ölkəmizdə keçiriləcək VI çağırış Milli Məclisə seçkilərin təbliğat və təşviqat dövrünü yaşanıldığını bildirərək, gənclərin hər birini ölkəmizdə keçiriləcək parlament seçkilərində fəal iştirak etməyə, ölkənin əlamətdar tarixində pay sahibi olmağa çağırdı.
Daha sonra çıxış VI çağırış Milli Məclisə seçkilərin Yeni Azərbaycan Partiyasının 9 saylı Binəqədi ikinci Seçki Dairəsi üzrə namizədi Kamaləddin Qafarova verildi. O, gəncləri təbrik edərək “2 Fevral Azərbaycan Gənclər Günü”nün əhəmiyyətindən danışaraq, bu günün Ulu Öndərimiz tərəfindən gənclərə hədiyyə edildiyini diqqətə çatdırdı. Kamaləddin Qafarov ölkə başçısı tərəfindən dövlət gənclər siyasətinə yüksək qiymət verildiyini vurğulayaraq, bu gün Azərbaycan gəncliyinin ictimai həyatın bütün sahələrində fəal fəaliyyəti ilə seçildiyini və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynadığını bildirdi. Müstəqil bir ölkə kimi Azərbaycanın özünün dinamik inkişafının növbəti mərhələsinə yeniləşən cəmiyyət, qüdrətli iqtisadiyyat və davamlı islahatlarla zəngin olan yeni parlamentli mərhələsinə qədəm qoyduğunu vurğuladı.
Daha sonra söz Şəhid ailəsindən olan və ilk dəfə səs vermək hüquqlu gənc Nigar Aboyevaya və Fövqəladə Hallar Nazirliyinin N saylı hərbisində xidmət göstərən gənc əsgər Fəsli Nəbiyevə verildi. Onlarda öz növbəsində gəncləri təbrik edərək, Gənclər Gününün yaranma tarixindən və əhəmiyyətindən danışdılar.
Daha sonra tədbir Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup YAP fəalının Gənclər Günü münasibətilə Fəxri Fərmanla təltif edilməsi və YAP sıralarına yeni üzv qəbul edilmiş bir qrup gəncə partiya üzlük vəsiqəsinin təqdim edilməsilə davam etdirildi.
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının “2 Fevral Gənclər Gününə” həsr edilmiş“Gələcəyə könüllü – Azərbaycan gəncliyi” adlı tədbir tanınmış müğənnilərin çıxışları ilə yekunlaşdı.