Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda maarifləndirici tədbir keçirildi

05 fevral 2020 | 11:00
5 fevral 2020-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda maarifləndirici tədbir keçirildi.

Açılış nitqi ilə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev ölkə başçısı tərəfindən səhiyyə sistemində son illər aparılan uğurlu islahatların davamı kimi respublikada icbari tibbi sığortanın tətbiqinin səhiyyənin inkişafına töhfə verəcəyini vurğuladı.

Daha sonra çıxış edənlər  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri Aynurə Əhmədova və məsləhətçi Elvin Abbasov icbari tibbi sığorta sisteminin mahiyyəti, xidmətlər zərfi çərçivəsində təminata alınan tibbi xidmətlər, əhali qrupları üzrə sığorta haqları, sığorta olunanların, eləcə də sığortalıların hüquq və vəzifələri barədə çıxış etdilər.

Sonda vətəndaşları maraqlandıran suallar agentliyin əməkdaşları tərəfindən cavablandırıldı.
 
 
 
 
 
 
Keçidlər