Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin Müraciət Xidmətinə 2020-ci ilin yanvar ayında daxil olan müraciətlər

11 fevral 2020 | 11:00
2020-ci ilin yanvar ayında Sakinlərin Müraciət Xidmətində cavablandırılan zənglərin sayı 1875, birbaşa cavablandırılan zənglərin sayı 1478, yaradılan əks əlaqələrin sayı 489, günlük  orta zəng sayı 60, tərtib edilən şikayət vərəqələrinin sayı 397 olub.

Şikayət xarakterli  397  müraciətin  295-i  və ya  74,3 %-i tam, 57-si və ya 13,1 %-i qismən, 50-si və ya 12,6 %-nə müvafiq izahat verilərək həll edilmişdir.

Yanvar ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin 73-ü və ya 18,4 %-i istilik təchizatı, 145-i və ya 36,5 %-i su-kanalizasiya (o cümlədən 92-si su təchizatı, 53-ü kanalizasiya problemləri ilə əlaqədar), 46-sı və ya 11,6 %-i lift problemləri, 27-si və ya 6,8 %-i elektrik təchizatı ilə bağlı,  67-si  və ya 16,9 %-i qaz təchizatı, 13-ü və ya 3,3 %-i məişət tullantıları ilə əlaqədar, 8-i və ya 2 %-i küçələrin işıqlandırılması idarəsi ilə əlaqədar, 17–si və ya 4,3 %-i sakinləri narahat edən digər məsələlər, 1-i və ya 0,3 %-i təhlükəli vəziyyətdə olan ağacların budanması ilə əlaqədar olmuşdur.

Xidmətə ay ərzində 13 təşəkkür müraciəti daxil olmuşdur.
 
Sakinlərin Müraciət Xidmətinin 2020-ci ilin yanvar ayı üzrə hesabatı
Keçidlər