Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının Biləcəri qəsəbəsinin sakinləri ilə növbəti səyyar görüşü keçirildi

13 fevral 2020 | 11:00

13 fevral 2020-ci il tarixində Biləcəri qəsəbəsində yerləşən 300 saylı tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin qəsəbə sakinləri ilə səyyar görüşü keçirildi.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, Rayon Gənclər və İdman İdarəsinin rəisi, Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, aidiyyatı bələdiyyə sədri, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etdilər.
Görüşdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev bildirdi ki, Azərbaycanda həyata keçirilən siyasətin əsas məqsədi ölkəmizin möhkəmləndirilməsi, əhalinin daha yaxşı yaşaması, sabitliyin təmin edilməsidir. Bugün respublikamızda sosial problemlərin həlli, işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması istiqamətində ciddi addımların atıldığını qeyd edən RİH başçısı iqtisadi inkişaf və ciddi islahatlar yolunda olan Azərbaycanda bütün sahələrdə böyük uğurların əldə edildiyini vurğuladı.
RİH başçısı ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların insanların həyat səviyyəsini yaxşılaşdırdığını, ölkəmizin iqtisadiyyatını sürətləndirdiyini və cəmiyyət tərəfindən yüksək qiymətləndirildiyini, əldə edilən uğurların Binəqədi rayonunda da öz əksini tapdığını və indi olduğu kimi növbəti illərdə də görüləcək işlərin də vətəndaş məmnunluğuna xidmət edəcəyini bildirdi.
Sakinlər aparılan islahatlara görə olkə rəhbərliyinə minnətdarlıqlarının bildirdilər. Bununla yanaşı, yaşadıqları qəsəbədə onları narahat edən bir sıra məsələlərlə bağlı RİH başçısına müraciət edərək, qəsəbənin yollarının asfaltlanması, marşrut xəttinin dəyişdirilməsi və s. məsələlərlə bağlı müvafiq köməklik göstərilməsini xahiş etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev yekun nitqində sakinlər tərəfindən qaldırılan məsələlərlə bağlı aidiyyatı üzrə müvafiq tapşırıqlar verdi, həmçinin, 9 fevralda Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə aktiv iştiraka görə qəsəbə sakinlərə öz minnətdarlığını bildirdi.

 
 
 
 
 
 
 
 
 

 

Keçidlər