Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin Müraciət Xidmətinə son 1 ayda daxil olmuş müraciətlər

05 noyabr 2013 | 11:00

2013-cü ilin oktyabr ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətinə (1646) daxil olmuş zənglərin sayı 1933, birbaşa cavablandırılmış zənglərin sayı 1409, yaradılmış əks əlaqələrin sayı 662,  tərtib edilmiş şikayət vərəqələrinin sayı  357 olub. Bundan əlavə xidmət səviyyəsi 80 %, icraçılıq səviyyəsi  93,3 % təşkil edib.
Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətində oktyabr ayı ərzində müraciətlərinin 357 -i və ya 20,2%-i üzrə şikayət vərəqəsi tərtib edilib.
Şikayət xarakterli 357 müraciətin 333 və ya 93,3%-nin icrası təmin edilib, o cümlədən 300 və ya 90 %-i tam həll olunub, 1və ya 0,3% qismən həll edilib, 32  və ya 9,6%-i müvafiq izahat verilərək həll edilib, 24 və ya 6,7%-nin həlli icraatdadır.
Daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə, müraciətlərin 95-i və ya 26,6 %-i su-kanalizasiya, 100-ü və ya 28 %-i qaz təchizatı, 22-i və ya 6,1 %-i elektrik enerjisi, 63-ü və ya 17,6 %-i lift problemləri, 17-i və ya 4,8  %-i yolların yararsız olması, 6-ı və ya 1,7  %-i istilik təchizatı, 16-ı və ya 4,5 %-i zibil və tullantılar ilə əlaqədar, 38-i və ya 10,7 %-i isə sakinləri narahat edən digər məsələlərlə əlaqədar olub.

Keçidlər