Binəqədi rayonunda Azərbaycan İlahiyyat İnstitutunun abituriyentləri ilə görüş keçirildi
16 fevral 2020 | 11:00
14 fevral 2020-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan İlahiyyat İnstitutunun təşkilatçılığı ilə institutun abituriyentləri ilə növbəti görüş Binəqədi rayonunda keçirildi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyev çıxışında milli-mənəvi dəyərləri qoruyub saxlamağın hər bir vətəndaşın, xüsusilə də gənclərin üzərinə düşən vəzifə olduğunu vurğuladı. Ş.Gülverdiyev ölkədəki mövcud ictimai-siyasi sabitlik, onun dəyərləri və bu istiqamətdə görülmüş işlər barədə danışdı və qeyd etdi ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə təhsil sisteminin inkişafı ilə bağlı aparılan islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov Ulu Öndər Heydər Əliyevin strateji kursunun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsində apardığı islahatlar haqqında danışdı. Qeyd etdi ki, bu istiqamətdə atılan addımlar Azərbaycan xalqının xoş gələcəyinə xidmət göstərəcək səviyyədə uğurla davam etdirilir. Bu sahədə görülən genişmiqyaslı işlər ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə gətirib çıxarır.
C.Məmmədov tədbir iştirakçılarına Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti haqqında geniş məruzə etdi. O, İnstitutun yaranma tarixi, fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr və beynəlxalq əlaqələri barədə məlumat verib. Tələbə-müəllim münasibətlərindən bəhs edən rektor gənclərin hərtərəfli inkişafı, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi və keyfiyyətli təhsil almaları üçün ali təhsil müəssisəsində lazımi şərait yaradıldığını nəzərə çatdırdı.
Aİİ İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov tədris olunan fənlər, ixtisaslar haqqında məlumat verdi. İnstituta qəbul olunacaq abituriyentlərin bütün dinlər haqqında dərin biliklərə sahib olacaqlarını bildirərək qeyd etdi ki, ali təhsil müəssisəsində dərslər ingilis və ərəb dillərində sərbəst şəkildə mühazirə oxuya bilən, öz sahəsində dərin biliyə malik alimlər tərəfindən aparılır.
Azərbaycan İlahiyyat İnstitutunun Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edərək, ali təhsil müəssisəsinə qəbul prosesinin hansı formada təşkil olunduğu, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verdi. Qeyd etdi ki, İnstituta qəbul olunmuş hər bir abituriyent dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacaq. F.Yusifova tələbələrin ödənişsiz geyim və yeməklə təmin ediləcəklərini, dərslərdən əlavə, ayrıca xarici dil kurslarına cəlb olunacaqlarını və digər üstünlüklərə yiyələnəcəklərini bildirdi.