Binəqədi rayonunda “Qan ver, həyat qurtar” şüarı altında qanvermə aksiyası həyata keçirildi
19 fevral 2020 | 11:00
Heydər Əliyev Fondu, Milli Hematalogiya və Transfuziologiya Mərkəzi, Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 19 fevral 2020-ci il tarixində Binəqədi rayonundakı 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında “Qan ver, həyat qurtar” şüarı altında qanvermə aksiyası həyata keçirildi.
Talassemiyalı və hemofiliyalı xəstələrə yardım məqsədilə keçirilən bu aksiyada Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev və rayonda fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatların rəhbərləri, gənclər, o cümlədən ictimaiyyətin nümayəndələri yüksək həvəslə və könüllü olaraq iştirak edərək, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşuldular.
Ezam olunmuş Mərkəzi Qan Bankının tibbi briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Ümumilikdə, keçirilən aksiyada 350 nəfərdən çox insan iştirak etdi. Aksiyada yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.
Məlumat üçün qeyd edək ki, Talassemiya Mərkəzi 2009-cu ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Talassemiya Mərkəzinin yaradılması, mərkəzdə göstərilən xidmət yüzlərlə bu xəstəlikdən əziyyət çəkən insanlara dövlətimizin diqqət və qayğısının əsas göstəricisidir.