Xocəsən qəsəbəsində “Dövlət və Din” mövzusunda görüş keçirildi
19 fevral 2020 | 11:00
19 fevral 2020-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhər şöbəsinin birgə təşkilatçılığı ilə Xocəsən qəsəbəsində “Dövlət və Din” mövzusunda görüş keçirildi.
Görüşdə Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyev, DQİDK-nin Bakı şəhər şöbəsinin müdiri Anar Kazımov, komitə və bələdiyyə nümayəndələri, din xadimləri və yerli ağsaqqallar iştirak etdilər.
Tədbiri açılış nitqi ilə başlayan Ş.Gülverdiyev görüşün məqsədini bildirərək mövzu ətrafında çıxış etdi. O qeyd etdi ki, mövcud ictimai-siyasi sabitliyin qorunub saxlanmasına hər bir vətəndaş, o cümlədən, din xadimləri də öz töhfələrini verməlidirlər. Tariximizin dərinliklərində süzülüb gəlmiş tolerant həyat tərzi, multikultural dəyərlər və dözümlülük ənənələri yaşadılmalı, daha da inkişaf etdirilməlidir. Dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və birbaşa əməli fəaliyyəti nəticəsində dini məbədlər inşa edilmiş, bərpa edilmişdir.
Daha sonra çıxış edən A.Kazımov komitənin məlum sahə üzrə gördüyü işlər barədə məlumat verərək keçirilmiş tədbirlərin davam etdiriləcəyini, hər bir din xadiminin qayğı ilə əhatə olunacağını bildirdi.
Tədbir görüş iştirakçıların fikir mübadiləsi ilə davam etdirildi.