Binəqədi rayonunda “Xocalı faciəsi” nin 28-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirildi
24 fevral 2020 | 11:00
Fevralın 24-də Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Şuşa Dövlət Musiqili Dram Teatırının birgə təşkilatçılığı ilə “Xocalı faciəsi” nin 28-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, Şuşa Dövlət Musiqili Dram Teatırının məsul əməkldaşı Yaşar Muradov, fəal gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbirdən öncə Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvləri Elnur İsgəndərov və Aygün İsgəndərovanın təşkilatçılığı ilə Xocalı soyqırımına həsr edilmiş rəsm sərgisi izlənildi.
Tədbir faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik yad edilməsi ilə başlanıldı.
Daha sonra tədbir iştirakçıları Şuşa Musiqili Dram Teatrı tərəfindən hazırlanmış anım tamaşasını izlədilər.