Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbə sakinləri ilə "Açıq qapı" formatında növbəti səyyar qəbulu keçirildi

27 fevral 2020 | 11:00
27 fevral 2020-ci il tarixində Xocəsən bələdiyyəsinin inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Xocəsən qəsəbə sakinləri ilə  "Açıq qapı" formatında səyyar qəbulu keçirildi.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, xidmət sahələrinin rəhbərləri, bələdiyyə və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları iştirak etdilər.

Görüşdə iştirak edən sakinlər daha çox onları narahat edən məsələlərlə bağlı müraciət edərək, əraziyə asfalt örtüyünün vurulmasını, içməli su ilə təchizat probleminin həll edilməsini, qəsəbənin küçələrinə adların verilməsi məsələsinə baxılmasını və s. xahiş etdilər.

RİH başçısı bildirdi ki, rayonun digər ərazilərində olduğu kimi, qəsəbələrdə da mövcud qlobal problemlərin mərhələli şəkildə həlli istiqamətində zəruri tədbirlərin görülməsi cari ildə də davam etdirilir. Belə ki, Binəqədi rayonunun qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə ölkə başçısı cənab İlham Əliyev tərəfindən imzalanmış “Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamla ayrılmış maliyyə vəsaitinə uyğun olaraq, qəsəbələrdə yeni asfalt örtüyünün çəkilməsi işlərinə başlanmışdır.

Qəbulda iştirak edən sakinlər rayon ərazisində aparılan abadlıq işlərinə görə ölkə rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı sakinlər tərəfindən qaldırılan digər məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə tapşırıqlar verdi.
 
 
 
 
 
 
 
 
Keçidlər