29 Aprel 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində təhlükəsiz tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsi mövzusunda kollegial iclas keçirildi
29 Aprel 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə kollegial iclas keçirildi. Tədbirdə Binəqədi RİH başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi Ülvi İsgəndərov və Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri, rayon ərazisində fəaliyyət göstərən bələdiyyələrin sədrləri, Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin məsul əməkdaşları, Binəqədi rayonu Gigiena və Epidemologiya Mərkəzinin nümayəndəsi iştirak etdilər.
Tədbir çərçivəsində rayon ərazisində təhlükəsiz tullantıların idarə olunması sisteminin inkişafı, mövcud normativ hüquqi aktların tələblərinə əsasən görülməli işlər, nəzarət və icra mexanizmlərinin gücləndirilməsi, tullantı istehsalçılarının, daşıyıcılarının, emal edənlərin, və poliqon operatorlarının fəliyyətinin monitorinqi, qeyri-qanuni tullantı poliqonlarına görə məsuliyyət daşıyan şəxslərin müəyyən edilməsi ilə bağlı mövzularda diskussiya aparıldı və yeni təkliflər səsləndirildi.