Şriftin ölçüsü :

Saytın rəngi :

29 mart 2024-cü il tarixində saat 11:00-dan 13:00-dək "Binəqədi Gənclər Evi - Sosial Xidmət Müəssisəsi"ndə növbəti əmək yarmarkası keçiriləcəkdir

27 mart 2024 | 12:19

Hörmətli sakinlər və saytımızın izləyiciləri!

 

29 mart 2024-cü il tarixində saat 11:00-dan 13:00-dək Binəqədi rayonu 7-ci mikrorayon S.S.Axundov küçəsi-112 ünvanında yerləşən "Binəqədi Gənclər Evi - Sosial Xidmət Müəssisəsi"nin inzibati binasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı regional Məşğulluq filialının və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə işaxtaran və işsiz şəxslərin işəgötürənlərlə bilavasitə təmas yaratmaqla işə düzəlmələrinə köməklik göstərilməsi məqsədilə növbəti əmək yarmarkası keçiriləcəkdir. Əmək yarmarkasına 10 müəssisə tərəfindən 180 müxtəlif vakansiyanın çıxarılması nəzərdə tutulubdur.

 

➡️ Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

➡️ Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaqdır.

 

#ƏməkYarmarkası #Vakansiya #İşVar #Vətəndaşyönümlü #MəşğulluğunArtırılması

Keçidlər