29 sentyabr 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Xocəsən qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
29 sentyabr 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Xocəsən qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Görüşdə Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Görüş iştirakçıları topaqlarımızın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı çıxışında bildirdi ki, “27 Sentyabr tarixi Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür. 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı-canı bahasına azad edildi. Vətən müharibəsi bizim Şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir” .
Görüşdə iştirak edən qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin qəsəbə ərazisində şəhid Nicat Səmədovun adına verilmiş küçənin məsafəsinin qısa olması ilə əlaqədar başqa küçə ilə birləşdirilməsi və küçənin abadlaşdırılması, vətəndaşın işlə təmin olunması ilə əlaqədar qəsəbə ərazisində gənclər evinin yaradılması, qəsəbənin su təchizatının tənzimlənməsi, şəhid Zakir Məmmədovun ailəsinin yaşadığı küçənin asfaltlanması, qəsəbənin göl ətrafında ağac əkilən ərazidə istirahət parkının salınması, Sulutəpə parkının küçə işıqlarının bərpası, qəsəbə ərazisində kanalizasiya sularının axıdıldığı kanalın qapalı vəziyyətə gətirilməsi, qəbiristanlıq ərazisinin asfaltlanması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.