Binəqədi Rayon İcra Hakimiyyəti başçısının vətəndaş qəbulu keçirildi
11 mart 2020-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin qəbulu keçirildi. Qəbulda RİH başçısının müavinləri, aparatın şöbə müdirləri iştirak etdilər.
Qəbulda iştirak edən doqquz nəfər sakin müraciətlərində yaşadıqları əraziyə asfalt örtük çəkilməsi, tikintinin aparılmasına icazə verilməsi, qanunsuz tikinti aparılmasının qarşısının alınması və s. məsələlərin həllində köməklik göstərilməsini xahiş etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi mümkün olmayan məsələlərlə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanması, eyni zamanda, zərurət olduqda, araşdırma aparılaraq tədbir görülməsi ilə əlaqədar aidiyyəti məsul şəxslərə tapşırıqlar verdi.