Şriftin ölçüsü :

Saytın rəngi :

Avropa İttifaqının eksperti Binəqədi rayonunda oldu

15 noyabr 2013 | 11:00

Mənzil-kommunal sektorunun bazar iqtisadiyyatı prinsiplərinə uyğun inkişaf etdirilməsi, bu sahədə müasir yanaşmaların müəyyən olunması və həyata keçiriləcək islahatlarla bağlı işlərin sürətləndirilməsi, eləcə də mənzil-kommunal təsərrüfatı sahəsində yeni idarəetmə metodlarının tətbiqi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən müvafiq işlər həyata keçirilir. Bu istiqamətdə Nazirlik tərəfindən Avropa İttifaqının yardımı ilə “Mənzil-kommunal sahəsində islahatlara dəstək” adlı layihənin icrasına başlanılıb.
Bununla əlaqədar, 14 noyabr 2013-cü il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində cəlb olunmuş ekspertlərlə aidiyyəti məsələlərin müzakirəsi aparıldı.
Görüşdə, Avropa İttifaqının Mənzil məsələləri üzrə eksperti Cerzi Fişer, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsinin müdir müavini Elşən Əsədov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, rayon MKTB-nin rəisi, rayon MİKS-lərin rəisləri iştirak edirdi.

Keçidlər