Binəqədi rayonunda mütəmadi olaraq qayğıya ehitiyacı olan aztəminatlı ailələrə yardımlar edilir
09 aprel 2020 | 11:00
Koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə tədbiq edilən karantin rejimi ilə əlaqədar olaraq, Binəqədi rayonunda evdən çıxması qadağan edilən 65 yaşdan yuxarı tənha sakinlərə diqqət mütamadi olaraq davam etdirilir.
Binəqədi qəsəbəsi "Came" məscidi dini icması və Binəqədi Qəsəbə Bələdiyyəsinin birgə təşkilatçılıği ilə ahıl sakinlərə müxtəlif çeşidli ərzaq bağlamaları çatdırılıb.