Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən zəruri tədbirlərin görülməsi işləri davam edir.
Rayon ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Binəqədi MKTB tərəfindən mütəmadi və zəruri tədbirlər həyata keçirilir.
Görülən işlər çərçivəsində günboyu rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin ətrafı, çoxmənzilli yaşayış binaları, binalardakı ümumi istifadə yerləri, binalarının zirzəmilər, giriş blokları və pilləkənlər, lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançaları dezinfeksiya edilir.
Eyni zamanda, məhəllədaxili yolların, sakinlərin daha çox istifadə etdiyi küçələrin və səki daşlarının xüsusi məhlulla müntəzəm yuyulması işləri aparılır.