Binəqədi rayonunda 65 yaşdan yuxarı tənha sakinlər ziyarət olundu
15 aprel 2020 | 11:00
Koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə tədbiq edilən karantin rejimi ilə əlaqədar Binəqədi rayonunda evdən çıxması qadağan edilən 65 yaşdan yuxarı tənha sakinlərə diqqət mütamadi olaraq davam etdirilir.
Rayon İcra Hakimiyyətinin dəstəyi və rayon ərazisində fəaliyyət göstərən bələdiyyələrin təşkilatçılığı ilə mütəmadi olaraq ahıl sakinlərə müxtəlif çeşidli ərzaq bağlamaları çatdırılır.