Binəqədi rayonunda 2020-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş online şura iclası keçirildi
05 may 2020 | 11:00
05 may 2020-ci il tarixində Binəqədi rayonunda 2020-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş online şura iclası keçirildi.
Online iclasda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, İcra Hakimiyyəti başçısının qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri iştirak ediblər.
Binəqədi RİH başçısı Elxan Allahverdiyev pandemiyanın ilk günlərindən etibarən ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülmüş qabaqlayıcı tədbirlərdən danışdı.
E.Allahverdiyev ölkə başçısı İlham Əliyevin sərəncamı ilə cari ilin əvvəlində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradıldığını vurğulayaraq, pandemiya ilə mübarizə sahəsində ölkə Prezidentinin verdiyi qərarların, onun təşəbbüsü və rəhbərliyi ilə operativ olaraq həyata keçirilən qabaqlayıcı və effektiv tədbirlərin koronovirus infeksiyasının geniş yayılmasının qarşısının alınması və vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması üçün mühüm əhəmiyyətə malik olduğunu bildirdi.
Rayon İcra Hakimiyyətinin başçısı Binəqədi rayonunda da pandemiyanın qarşısının alınması istiqamətində mütəmadi və təxirəsalınmaz dezinfeksiya işlərinin aparıldığını qeyd etdi.
Daha sonra gündəlikdə duran digər mühüm (Kargüzarlıq qaydalarına düzgün riayət edilməsi, vətəndaş müraciətlərinə daha həssas yanaşılması, vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verilməməsi, Heydər Əliyev Fondu tərəfindən xüsusi qayğıya ehtiyacı olan şəxslərə paylanılan sovqatların çatdırılması işinin daha səmərəli təşkili) məsələlər ətrafında geniş müzakirə aparılaraq müvafiq tapşırıqlar verildi.
Binəqədi rayonunda 2020-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş online şura iclası keçirildi